Blog

Faydalı məlumatlar, yeniliklər və məqalələr

Almaniyada ali təhsilinizi maliyyələşdirməyin yolları

 

[php snippet=1]

Almaniyada ali təhsil almağın ən böyük üstünlüklərindən biri də ondan ibarətdir ki, buradakı ali təhsil ocaqlarının çoxu ya pulsuz təhsil verir ya da çox cüzi ödənişlər tələb edir. Bundan başqa çox sayda stipendiya proqramları da tələbələr üçün müxtəlif növdə stipendiyalar təklif edirlər.

Stipendiya proqramlarını ümumilikdə bir neçə qruplara bölmək olar:

  1. Siyasi stipendiya proqramları. Almaniya parlamentində təmsil olunan yaxud olunmayan bir sıra partiyanın stipendiya proqramı mövcuddur. Bu proqramlara müraciət edənlərdən əsasə tələb olaraq, həmin partiyanın siyasi görüşünə dəstək vermək və onları promosiya etməkdir. Universitetdə yaxşı qiymətləriniz varsa bu kimi stipendiya proqramlarından asanlıqla stipendiya ala bilərsiniz.

  1. İqtisadi stipendiya proqramları. Bu proqramlar almaniyanın nəhəng şirkətləri tərəfindən təklif olunur. Adətən dərslərində müvəffəq olan tələbələrə verilir və gələcəkdə həmin şirkətdə iş yeri onun üçün hazır saxlanılır. Həmin tələbə məzun olduqda iş yeri ilə həmin şirkətdə işlə təmin olunmuş olunur. Kariyera qurmaq istəyən və kasib ailələrdən gələn xarici tələbələr üçün bu proqramlar yaxşı seçimdir.

  1. Alman dövləti tərəfindən verilən stipendiyalar. Bir sıra əyalət dövlətləri öz universitetlərindəki müvəffəq tələbələrə motivasiya edici stipendiyalar verir. Ailə vəziyyəti yaxşı olmayan tələbələr də dövlətin xüsusi stipendiya proqramına müraciət edə bilərlər. Tələbənin ailəsinin çox kasıb olması notarial şəkildə təsdiqlənmiş olmalıdır.

  1. Öz ölkəniz tərəfindən Almaniyada təhsil alan tələbələrə verilən stipendiyalar. Hazırda bir sıra dövlətlərin öz təhsil nazirlikləri Almaniyada təhsil alan öz vətəndaşları üçün stipendiyalar ayırırlar. Belə ölkələrə Qazaxstan, Səudiyyə Ərəbistanı və Azərbaycanı göstərmək olar. Odur ki, Almaniyada təhsil almaq istəyirsinizsə, öz ölkənizdən də stipendiya alıb-ala bilməyəcəyinizi öyrənin.

  1. Sosial institutların verdikləri stipendiyalar. Bu kimi qurumlara kilsə vəqflərini göstərmək olar. Kilsələrin bir çoxu kasıb xristian tələbələrə stipendiya verir.

  1. Elmi araşdırma İnstitutları. Almaniyada nəhəng araşdırma institutlar var ki, yüzlərlə tələbəyə qarşılıqsız stipendiya ayırır. Bunlara Humboldt Foundation, German Research Foundation və s. kimi fondları misal göstərmək olar.

  1. Xeyriyyə cəmiyyətlərinin stipendiyaları. Bu qurumlar əsasən könüllülər tərəfindən maliyyələşdirilən xeyriyyə cəmiyyətləridir. Kasıb və qabiliyyətli tələbələr bu qurumlardan stipendiya ala bilərlər.

Stipendiyalar haqda daha ətraflı məlumat üçün bizim əməkdaşlarımız da hər zaman suallarınızı cavablandırmağa hazırdır. Özün haqda bizə məlumatları ötürmək üçün Online Müraciət formasından istifadə et və bizim ekspertlərdən biri ilə konsultasiya üçün görüş təyin et.

PIGAS, təhsil almaq, işləmək və müalicə məqsədləri ilə Almaniyaya gəlmək istəyən xarici vətəndaşlara kömək edir. Göstərdiyimiz xidmətlər haqda daha ətraflı məlumat üçün Niyə bizim xidmətlərdən istifadə etməli olduğunuzu və Qəbul mexanizminin necə işlədiyinə dair müvafiq səhifələri oxumağınızı məsləhət görürük.

Almaniyada təhsil almağa artıq hazırsınızmı?

Elektron müraciət formunu doldurun və əməkdaşlarımız sizinlə ətraflı məlumat üçün əlaqə saxlayacaqlar.

Müəllif haqda