Blog

Faydalı məlumatlar, yeniliklər və məqalələr

Almaniyada Approbasiyanı necə əldə etməli?

 

[php snippet=1]

Almaniyada həkim kimi işləyə bilmək üçün, fərqi yoxdur rezidenturada assistent həkim kimi, yoxsa normal ixtisaslaşmış həkim kimi sizə bütün hallarda əvvəlcə alman dilində “Approbation” adlanan tibbi həkimlik lisenziyası almaq lazımdır.

Rezidentura təhsili üçün Tibbi lisenziya mütləq lazımdırmı?

Əvvəllər Almaniyada tibbi lisenziyanı bir çox hallarda imtahansız, işləmək istədiyiniz klinika müdirinin xasiyyətnaməsi ilə almaq olurdu. 2012-ci ildə çıxan xarici həkimlərin Almaniyada işləmə qanununa əsasən bütün xarici həkimlər Almaniyada həkim olaraq işləyə bilmək üçün alman həkimlər kimi həkimlik lisenziyası almalıdırlar. Almaniyada təhsil alanlar onu universitet diplomu aldıqdan sonra birbaşa əldə edirlər. Xarici həkimlər isə lisenziyanı əldə etmək üçün alman dilində “Kenntnisprüfung” adlanan diplomtanıtma imtahanından keçməlidirlər. Aşağıdakı infoqrafikdə, Almaniyada rezidentura oxuya bilmək üçün keçməli olduğunuz 8 addımı gözdən keçirə bilərsiniz:

8steps

Bildiyiniz kimi Almaniyada 16 əyalət var və bu əyalətlər daxili siyasətdə müstəqil olduqları üçün hərəsində tibbi lisenziya haqda olan qanunun tədbiq edilməsi fərqli şəkildə öz əksini tapır. Bəzi əyalətlər hələ də köhnə sistemə qismən riayət edərək, tibbi lisenziyası olmayan həkimlərə “qonaq həkim” statusunda (Gastarzt) işləməyə icazə verirlər. Bu halda xarici həkimlər öz təhsillərini özləri maliyyələşdirmək məcburiyyətindədirlər.

Rezidenturaya başlamadan əvvəl siz müvəqqəti iş icazəsi (Berufserlaubnis) alaraq işə başlaya və bu müddət ərzində tibbi lisenziyanı almaq üçün hazırlaşa bilərsiniz. Berufserlaubnis-in müddəti işlədiyiniz klinikanın yerləşdiyi əyalətdən asılı olaraq dəyişir.

Tibbi lisenziyanı almaq üçün nə etməliyəm?

Yuxarıda da qeyd etdiyimiz kimi, bəzi əyalətlərdə istisna hallar olsa da, ümumi Almaniya qanunlarına görə, tibbi lisenziyanın alınması üçün diplomtanıtma imtahanı (Kenntnisprüfung yaxud Gleichwertigkeitsprüfung) verilməlidir.

İmtahan verə bilmək üçün əvvəlcə Alman klinikalarının birində iş yeri tapmalı, daha sonra müvəqqəti iş icazəsi əldə etməli və Almaniyaya gəlmiş olmalısınız. Bütün sənədləriniz hazır olduqda, yerləşdiyiniz və gələcəkdə işləyəcəyiniz əyalətdə imtahan vermək üçün müraciət etməlisiniz.

İmtahan hansı fənnlərdən keçirilir?

Imtahan adətən 4 fənndən keçirilir və bir çox əyalətdə fənnləri əsasən imtahana girənlər özləri seçə bilərlər. Bəzi əyalətlərdə ümumi cərrahiyyə və daxili xəstəliklər fənnləri stabil imtahan hissəsi olur və dəyişdirilə bilməz.

İmtahan adətən asan olur və imtahana girənlərin xarici olduqları və alman dilini yalnız B2 səviyyəsində bildikləri nəzərə alınaraq kifayət qədər güzəştə gedilir. 4 ayrı fənndən imtahan verilsə də, adətən sizin gələcəkdə təhsil almaq istədiyiniz rezidentura sahəsi üzrə suallar verilir. Məsələn siz oftalmologiya üzrə rezidentura keçmək istəyirsinizsə, bu zaman əsasən Daxili xəstəliklər fənnindən baş və göz bölgəsindəki xəstəlikləri, ümumi cərrahiyyə fənnindən adı çəkilən bölgədəki cərrahi əməliyyatları və s. soruşulur.

İmtahandan kəsildiyiniz halda 2 daha şansınız olur və 3-cü dəfə kəsildiyiniz halda Almaniyada bir daha həkimlik lisenziyası almanız mümkün olmur.

PIGAS, təhsil almaq, işləmək və müalicə məqsədləri ilə Almaniyaya gəlmək istəyən xarici vətəndaşlara kömək edir. Göstərdiyimiz xidmətlər haqda daha ətraflı məlumat üçün Niyə bizim xidmətlərdən istifadə etməli olduğunuzu və Qəbul mexanizminin necə işlədiyinə dair müvafiq səhifələri oxumağınızı məsləhət görürük.

Almaniyada təhsil almağa artıq hazırsınızmı?

Elektron müraciət formunu doldurun və əməkdaşlarımız sizinlə ətraflı məlumat üçün əlaqə saxlayacaqlar.

Müəllif haqda