Almaniyada Bakalavr

 

[php snippet=1]

Almaniya gələrkən ali təhsilə bir çoxlarının fərqli adlar dediyini eşidəcəksiniz və bu sizi çaş-baş sala bilər. Bəzi universitetlərdə buna Bakalavr, bəzilərində isə Staatsexamen deyirlər.

Ümumilikdə təhsildə Bakalavr pilləsi dedikdə bir sıra ölkələrdə ali təhsilin ilkin hissəsi nəzərdə tutulur. Lakin Bakalavr əslində Bologna sistemini qəbul etmiş universitetlərdə ilkin təhsilə verilən addır. Adıgedən universitetlərdə ixtisasartırma isə Master pilləsi adlanır.

Almaniyada isə bütün universitetlər Bologna sistemini qəbul etməyib. Yəni bəziləri bu sistemi tam qəbul edib, bəziləri hissəvi qəbul edib, bəziləri isə fakultədən asılı olaraq bu sistemdən istifadə edir. Məsələn bütün universitetlərdə Tibb, hüquq, müəllimlik kimi fakultələr Staatsexamen adlanır və köhnə alman sistemi ilə tədris aparılır. İqtisadiyyat, fizika, kimya, biologiya kimi fakultələr isə Beynəlxalq sistem olan Bakalavr təhsili verir.

Baxmayaraq ki, bəzi fakultələr köhnə alman sistemi ilə tədris verirlər, Almaniya universitetlərinin diplomu demək olar ki bütün dünyada tanınır.

Bütün dünyada ABŞ və İngiltərədən sonra xarici tələbələrin ali təhsil üçün ən çox seçdikləri ölkə Almaniyadır. Bu da səbəbsiz deyildir, 421 pullu, az ödənişli və bir sıra pulsuz ali məktəbiylə Almaniya Avropanın həm texnoloji, həm də iqtisadi cəhətdən ən çox inkişaf etmiş ölkəsidir. Əsrlərdir fəaliyyət göstərən bu ali məktəblərin elmdə çatdıqları ən son nailiyyətlərdən faydalanmaq, təcrübəyə yiyələnmək imkanını bu proqram vasitəsiylə əldə edə bilərsiniz.

Almaniyada ali təhsil məktəblərinin növləri:

  • Ümumi və Texniki Universitetlər –  Ümumi Universitetlərdə əsasən teorik elmin tədrisinə fikir verilir. Bir çox fakültəyə malik universitetlər bir-birindən fərqli müxtəlif təhsil sahələrində fəaliyyət göstərirlər. Universitetlərdə fakültədən asılı olaraq həm ingilis, həm də alman dilində təhsil almaq mümkündür. Yalnız tibb və hüquq sahələrində təhsil ancaq alman dilindədir.

  • Tətbiqi elmlər Universitetləri – əvvəlki adı Fachhochschule olan bu ali təhsil ocaqları son bir neçə ildə Almaniya təhsil sistemində aparılan islahatlar nəticəsində beynəlxalq Bolonya sisteminə keçərək, ümumi universitetlərdən fərqli olaraq praktikaya önəm verən fakültələrə sahibdir. Hazırda həm bakalavr, həm də magistratura pillələrində bu universitetlərdə təhsil almaq mümkündür.

  • Kanservatoriyalar və İncəsənət Universitetləri – Almaniyada bir sıra musiqi, film, dizayn və s. kimi incəsənət növlərini tədris edən ali məktəblər mövcuddur. Digərlərindən fərqli olaraq burada tələbələr yalnız qabiliyyət imtahanını keçərsə ali məktəbə qəbul olunurlar. Qəbulda əvvəldən hazırlanmış portfolio da əsas rol oynayır.

  • Özəl Universitetlər – Dövlət universitetlərindən fərqli olaraq özəl universitetlər ödənişlidir və 2000 avrodan başlayan illik ödənişlərlə burada təhsil almaq mümkündür.

Universitetlərdə oxumaq üçün şərtlər

Bir başa 1-ci semestrdən universitetə başlamaq yaxud keçid (perevod) etmək üçün 11 illik məktəb sistemini ilə işləyən ölkələrdən gələn tələbər öz ölkəsində universitetə qəbul olmuş və ən azı 2 il orada oxumuş olmalıdır. Buna səbəb oradakı orta məktəb sisteminin alman sisteminə uyğun gəlməməsidir. Almaniyada şagirdlər məktəbdəm sonra, 2 il „Abitur” adlanan məktəb oxuyur və sonra qəbul imtahanı verərək universitetdə oxumağa haqq qazanırlar. Yəni 12 il (bir neçə il əvvəl 13 il idi ) məktəb oxumuş olurlar. Ona görə də, xarici abituriyentlər çatışmayan Abitur ilini universitetdə oxunan ilk illə əvəzləyirlər. TQDK imtahanını verməmiş orta məktəb məzunları Studienkolleg adlanan, bir növ xaricilər üçün almanların oxuduğu Abituru əvəz edən 1 illik hazırlıq ilini oxumalı və qəbul imtahanına girməlidirlər. Studienkolleg Britaniyadakı universitetdənqabaq təhsil olan Foundation-a uyğun gəlir.

PIGAS, təhsil almaq, işləmək və müalicə məqsədləri ilə Almaniyaya gəlmək istəyən xarici vətəndaşlara kömək edir. Göstərdiyimiz xidmətlər haqda daha ətraflı məlumat üçün Niyə bizim xidmətlərdən istifadə etməli olduğunuzu və Qəbul mexanizminin necə işlədiyinə dair müvafiq səhifələri oxumağınızı məsləhət görürük.

Almaniyada təhsil almağa artıq hazırsınızmı?

Elektron müraciət formunu doldurun və əməkdaşlarımız sizinlə ətraflı məlumat üçün əlaqə saxlayacaqlar.