Almaniyada dil kursları

 

[php snippet=1]

Program on German Application service (PIGAS) il boyu Almaniyanın müxtəlif şəhərlərində yüksək keyfiyyətli, geniş spektrli və sertifikatları ali məktəblər tərəfindən tanınan dil kurslarına qəbul elan edir.

Peşəsindən və akademik məqsədindən, dili bilmə səviyyəsindən asılı olmayaraq, alman dili kurslarında hər kəs iştirak edə bilər. Almaniyada dil kurslarına yazılmaqla siz yalnız daha qısa müddətə daha yaxşı dil öyrənmiş olmursunuz. Həmçinin, kurs keçdiyiniz və yaxınlığındakı şəhərlərə, həftə sonu isə Hollandiya, Fransa, İsveçrə, Çexiya, Avstriya, Polşa, Danimarka kimi qonşu ölkələrə gəzintiyə çıxmaq imkanı əldə edirsiniz. Bundan başqa kursda müxtəlif millətlərdən olan insanlarla kontakt qurmaqla onların mədəniyyəti ilə tanış olub dünya görüşünüzü artırmaq şansı, dil öyrənərkən həm əylənmək, həm də bundan zövq almaq imkanı əldə edəcəksiniz.

Almaniyada bir çox fakültələrdə tədris dili alman dilidir. Bundan başqa universitetə qəbul şərtlərindən ən başlıcası elə dili bilməkdir. Ona görə də, Almaniyaya gəlmək istəyən hər kəsin ilkin olaraq görməli olduğu iş bu dilə yiyələnməkdir. Əlbəttə ki, alman dilini böyük ehtimal öz ölkənizdə də öyrənmək olar.  Ancaq Almaniyadakı kurslarda dil həm daha sürətli və həm də daha asan öyrənilir.

Almaniyada dili öyrənməyin 3 başlıca səbəbi:

  • Alman dilini almandan öyrənmək lazımdır. Siz burada alman dilini öyrədən ən yaxşı kurslarda təhsil alma imkanı əldə edirsiniz. Azərbaycandakı kurslarda hər nə qədər alman dili öyrədilsə də, ali təhsil üçün öyrədilən dil səviyyəsi gələcək tələbələri qane etmir, onların gələcəkdə çətinliklərlə qarşılaşmasına gətirib çıxarır. Almaniyadakı kurs müəllimlərinin özləri də alman olduqları üçün dili onlardan öyrənmək ən gözəl yoldur. Uzun illərdir ki, bu kurslar xaricilərin alman dilinin öyrənməsi üçün ən gözəl vasitədir və alman dilinin tədrisində peşəkardılar.

  • Dili yaşayaraq öyrənin. Almaniyada kurs keçməklə siz nəinki kurs saatları ərzində, həm də gündəlik həyatda dili praktika etmiş olacaqsınız. Gündəlik həyatda ünsiyyətə girəcəyiniz almanlar bu dilin incəliklərini öyrənməyinizdə əvəzsiz rol oynayacaqlar.

  • Öyrənərkən həm də əylənin. Dil kursu keçərkən yaşadığınız yerdə insanların mədəniyyətini, gündəlik yaşantılarını öyrənmiş olacaqsınız, dünya görüşünüzün formalaşmasında xaricdə yaşadığınız günlər əvəzsiz rol oynayacaq və unudulmaz bir təcrübə olaraq sizə çox faydası olacaqdır. Bundan başqa Almaniya Avropanın tam mərkəzində yerləşdiyindən və digər Avropa ölkələri ilə sərhədlərin tam açıq olması səbəbindən, siz asudə vaxtlarınızda Fransa, Hollandiya, Çexiya, Avstriya, İsveçrə, Polşa, Belçika kimi ölkələrə gəzintilərə çıxma imkanı əldə etmiş olacaqsınız.

PIGAS, təhsil almaq, işləmək və müalicə məqsədləri ilə Almaniyaya gəlmək istəyən xarici vətəndaşlara kömək edir. Göstərdiyimiz xidmətlər haqda daha ətraflı məlumat üçün Niyə bizim xidmətlərdən istifadə etməli olduğunuzu və Qəbul mexanizminin necə işlədiyinə dair müvafiq səhifələri oxumağınızı məsləhət görürük.

Almaniyada təhsil almağa artıq hazırsınızmı?

Elektron müraciət formunu doldurun və əməkdaşlarımız sizinlə ətraflı məlumat üçün əlaqə saxlayacaqlar.