Almaniyada doktorantura

 

[php snippet=1]

Hazırda Avropanın ən prestijli universitetlərindən olan alman universitetlərində doktorantura pilləsi üzrə təhsil almaq üçün böyük imkanlar yaranmışdır. Keçən il (2013) Avropa ölkələri arasında ən çox doktorluq dissertasiyası yazılan ölkə məhz Almaniya olmuşdur və bu ölkəyə olan axın artan sürətlə davam etməkdədir.

Almaniyada doktorluq pilləsinə qəbul üçün bir yox, bir neçə yol mövcuddur və bu dissertasiyanın mövzusundan, tədqiqat proyektindən, universitetin yaxud tədqiqat institutun növündən, fərdi və təşkilati öhdəliklərdən asılıdır. Ancaq prinsip cəhətdən hazırda Almaniyada mövcud olan doktorluq növlərini ənənəvi individual və getdikcə məşhurlaşan sistemləşdirilmiş doktorluq treyninqi (ingilis dilli ölkələrdəki olan sistemə oxşardır) adı altında 2 qrupa bölmək olar. Hazırda Almaniyada 500-dən çox doktorantura proqramı mövcuddur.

Niyə məhz Almaniyada doktorluq?

  • Avropanın ən prestijli universitetləri – Demək olar ki, bütün sahələr üzrə Almaniyada doktorluq dissertasiyasını yazmağınız üçün geniş imkanlı universitetlər var. Alman universitetləri, xüsusən də son illərdə amerikan və ingilis universitetləri ilə reytinq cədvəllərindəki ilk 100-lükdə öz yerlərini almışlar. Dissertasiya yazan tələbələr, burada 100 milyonlarla avro dəyərində olan tədqiqat proyektlərinin üzvü olmaqla çox vacib üstünlüklər və fürsətlər əldə edirlər.

  • Tədqiqat üçün mükəmməl infrastruktur– Mədəni və elmi tarixi min illərə dayanan Almaniyanın xarici tələbələr üçün əvəzsiz iş və tədqiqat şəraiti var: təxminən 8400 ictimai, 240 akademik kitabxana doktorantların xidmətindədir. Doktorantların çalışdığı proyektlər müxtəlif şirkətlər və qurumlar tərəfindən həmin araşdırma mərkəzlərinə təklif olunur və beləcə doktorantlar köhnə, lazımsız və məntiqsiz doktorluq dissertasiyaları yazmaqla vaxt keçirmək əvəzinə, müxtəlif proyektlərin araşdırmaçı işçiləri kimi fəaliyyət göstərirlər. Həmin firma və qurumlar Avropa üzrə ən çox Almaniyada fəaliyyət göstərirlər.

  • Yaxşı təqaüd və maaş imkanları – Siz doktorantura təhsili zamanı həm Almaniya dövlətindən, həm öz ölkənizdən (bir sıra dövlətlər Almaniyada doktorantura edənlərə müxtəlif dövlət stipendiya proqramları ilə stipendiya verir), həm də çox sayda olan müxtəlif vəqf və şirkətlərdən təqaüd yaxud maaş ala bilərsiniz. Məsələn DAAD (Alman Akademik Mübadilə Xidməti) 2008-ci ildə 2580 tələbəni tam, 2000 tələbəni isə hissəvi təqaüdlə təmin etmişdir.

  • Beynəlxalq sistem – Almaniyada artıq beynəlxalq doktorantura sistemi mövcuddur və demək olar ki, hər sahə üzrə doktorluq dissertasiyanızı ingilis dilində yaza bilərsiniz.

  • Yüksək yaşam rifahı – Almaniya bilindiyi kimi, “Land of Ideas” (ideyalar ölkəsi) kimi, ad qazanıb. Bu, ancaq bildiyimiz “Made in Germany” söz birləşməsinin təmsil etdiyi alman keyfiyyətinə görə yox, həm də bu ölkənin “yazıçılar və düşünürlər ölkəsi” olması ilə bağlıdır. Almaniyanın zəngin mədəniyyəti hər il 20 milyon turisti özünə çəkir.

Doktorantura növləri

  • Ənənəvi individual – Almaniyanın ənəni doktorantura sistemidir. Baxmayaraq ki, son illərdə sistemləşdirilmiş beynəlxalq sistemə keçid başlayıb, yenə də bu növdəki doktorantura proqramlarının sayı üstünlük təşkil edir. Burada əsasən alman dilində tədris aparılır və professorun başlığı altında individual olaraq işlənilir. İstənilərsə, digər doktorantlarla da işləmək imkanı var, lakin doktorantların işinin böyük hissəsi individial həll olunur. Doktoranturanın müddəti sizdən asılıdır, 3-5 il arası davam edə bilər.

  • Sistemləşdirilmiş doktorluq – Burada təhsil hər iki dildə, ingilis və alman dillərində mümkündür. Bu sistem beynəlxalq sistemə uyğundur. Burada doktorantlar bir proyekt üzərində birlikdə işləyirlər və üstlərindəki aparıcı mütəxəssisə bağlıdırlar. Proyektlər əsasən 2-3 il davam edir.

Kimlər doktorantura edə bilərlər?

Doktoranturaya qəbul olmaq üçün əsas şərt Bakalavr və magistratura təhsili almış olmaqdır. Bəzi istisna hallarda, çox qabiliyyətli müraciətçiləri yalnız Bakalavr təhsili ilə də qəbul edirlər. Bundan başqa alman, yaxud ingilis dilini bilmək lazımdır.

Doktorantura imtahanı

Doktorluq imtahanına buraxılmağın əsas şərti tam dolğun, lazımi formal qaydalara uyğun yazılmış olan elmi işdir. Elmi işi yazmaq təxminən doktorantların ən azı 1 ilini alır. Elmi işi almanca doktorantura oxuyanlar ingiliscə, yaxud fərqli dillərdə də yazmaq olar (məs.rus). Bunu doktoranturaya başçılıq edən professorla danışmaq lazımdır, onun bildiyi dillərdən biri olmalıdır. Elmi iş hazırdırsa doktorantlar şifahi imtahan edilirlər. Şifahi imtahanın bir sıra növləri var və bu da universitetdən və şöbədən asılı olaraq dəyişir. Son olaraq şifahi imtahanı da keçənlərə doktorluq titulu o zaman verilir ki, onun elmi işi haradasa nəşr olunub elm cəmiyyəti tərəfindən qəbul olunsun. Elmi işi həm kitab şəklində, həm də elmi jurnallarda məqalələr şəklində nəşr etdirmək olar. Elə doktorantlar var ki, prestijli Nature jurnalında yalnız 1 məqaləsi çıxmaqla bütün imtahanlardan azad olunaraq bir başa doktorluq titulu alıblar.

Doktorantura üçün təqaüdlər

Almaniyanın ən üstün cəhəti burada gözəl stipendiya imkanlarının olmasıdır. Bir çox hallarda doktorantura edənlərə proyekti aparan qurum tərəfindən 1000-1500 avro arası stipendiya, yaxud maaş ayrılır. Bəzi doktorantura növləri isə maaşsızdır. Bu zaman DAAD-a stipendiya üçün müraciət etmək olar. Bakalavr və master qiymətləri yaxşı olanlar problemsiz stipendiya qazanırlar.

PIGAS, təhsil almaq, işləmək və müalicə məqsədləri ilə Almaniyaya gəlmək istəyən xarici vətəndaşlara kömək edir. Göstərdiyimiz xidmətlər haqda daha ətraflı məlumat üçün Niyə bizim xidmətlərdən istifadə etməli olduğunuzu və Qəbul mexanizminin necə işlədiyinə dair müvafiq səhifələri oxumağınızı məsləhət görürük.

Almaniyada təhsil almağa artıq hazırsınızmı?

Elektron müraciət formunu doldurun və əməkdaşlarımız sizinlə ətraflı məlumat üçün əlaqə saxlayacaqlar.