Blog

Faydalı məlumatlar, yeniliklər və məqalələr

Almaniyada həyat

 

[php snippet=1]

Yəqin ki, artıq sizə Almaniyada yaşamağın bir sıra üstünlükləri məlumdur. Bugünki yazımızda Almaniyadakı həyatdan, buraya köçən xarici ziyalıların perspektivindən danışacağıq.

Almaniyadakı həyata adaptasiya

Nə qədər banal səslənsə də, Almanlar haqda deyilən – yüksək keyfiyyət, səliqə və disiplin – Almaniyanı və almanları qısaca xülasələşdirən 3 sözdür. Bu keyfiyyətləri siz Almaniyanın şəhər və kəndlərində gəzdikcə təmiz küçələri, ucqar bir kənd olsa belə ən xırda detallara qədər səliqəli düzəldilmiş yolun qırağındakı daşları gördükdə anlayacaqsınız.

Almaniyaya yeni köçdüyünüz zaman, burada xarici olmaq ilk başlarda sizə çətin gələ bilər, əgər perfektionist deyilsinizsə bəzi qanunauyğunluqlar sizə ifrat gələ bilər, lakin zaman keçdikcə burada qurulmuş düzənin nə qədər mükəmməl olduğunu anlamağa və ona öyrəşməyə başlayırsınız.

Mədəni aspektlər

Baxmayaraq ki, dəqiqlik və disiplin bu ölkədə çox önəmlidir, həyatınız maraqsız və şən olmaması üçün hər hansı bir səbəb yoxdur. Almanlar həm də əyləncəni çox sevən bir xalqdır. Yaşadığınız yerdən asılı olaraq, bir çox yerdə ilin müxtəlif vaxtlarında festivallar, əyləncə günləri və s. kimi tədbirlər keçirilir.

Gənclər üçün əyləncə yerləri tükənməzdir. Berlin divarının dağılması ilə dəyişim keçirən alman ictimaiyyətində yeni alman gəncliyi ortaya çıxıb və bu gənclik müasir amerikan gəncliyinə yaxın amma alman dəyərlərinə də bir o qədər sahib çıxan bir hissədir.

Yaşam üçün yer tapmaq

Almaniyada kirayə ev tutarkən yadda saxlamaq lazımdır ki, bir sıra ölkələrdən fərqli olaraq burada bir sıra hallarda evlər adətən tam boş vəziyyətdə kirayə verilir. Bu kimi detalları əvvəlcədən ev sahibi ilə danışmaq sizin xeyrinizə olacaqdır.

Almaniyada bütün ev sahibləri kira müqaviləsi ilə ev kirayə verirlər. Bütün aspektlər əvvəlcədən ev sahibi ilə danışılmalı və hamısı müqavilədə qeyd olunmalıdır ki, sonradan problemlər yaşanmasın.

Bir qayda olaraq kirayə qalmazdan əvvəl, ev sahibləri sizdən 2 ay kirayə dəyərində depozit tələb edəcəklər ki, bu da bir növ sığorta rolunu oynayır. Siz evdən çıxarkən evə hansısa zərər vurulubsa, həmin zərər o depozit hesabına ödəniləcək, artıq qalan isə sizə geri ödəniləcək.

Almaniyada kirayə qalarkən bir sıra yazılmamış qanunlara da fikir vermək lazımdır. Almaniyada bir qayda olaraq axşamlar saat 22.00-dən sonra qonşuları narahat edəcək dərəcədə səs salmaq qadağandır. Eləcə də şənbə günləri 20.00-dan sonra, bazar günləri isə bütün günü sakit olmaq lazımdır.

Balkonda kabab bişirmək əvvəlcədən bina komandantı ilə razılaşdırılmalıdır. Binanın həyəti varsa oradan istifadə üçün əvvəlcə icazə alınmalıdır. Bu kimi detallar Almaniyada önəmlidir, əks halda bunlara riayət etmədikdə qapınızın ağzında Polis işçilərini görə bilərsiniz.

Tibbi sığorta

Almaniyada yaşamağın üstünlüklərindən biri də ucuz qiymətə tibbi sığorta ola bilməyinizdir. Digər dövlətlərdən fərqli olaraq burada sığortalar adətən bütün təcili müalicə olunası xəstəliklərin ödənişini tam qarşılayır. Sığortaların da dövlət və özəl olan bir sıra növləri var. Xəstəxanaya gedərkən sizə öncəlik verilməsini və baş həkim tərəfindən müalicə olunmasını istəyirsinizsə, Privat sığorta tarifini seçmək sizə daha uyğundur.

PIGAS, təhsil almaq, işləmək və müalicə məqsədləri ilə Almaniyaya gəlmək istəyən xarici vətəndaşlara kömək edir. Göstərdiyimiz xidmətlər haqda daha ətraflı məlumat üçün Niyə bizim xidmətlərdən istifadə etməli olduğunuzu və Qəbul mexanizminin necə işlədiyinə dair müvafiq səhifələri oxumağınızı məsləhət görürük.

Almaniyada təhsil almağa artıq hazırsınızmı?

Elektron müraciət formunu doldurun və əməkdaşlarımız sizinlə ətraflı məlumat üçün əlaqə saxlayacaqlar.

Müəllif haqda