Almaniyada iş

 

[php snippet=1]

Almaniyada böyüyən iqtisadiyyat yeni iş yerlərinin yaranmasına gətirib çıxarır. Almaniyanın öz əhalisi sürətlə azaldığı üçün bir çox şirkətlərin yeni işçilərə ehtiyacı var. Bizim proqram vasitəsilə siz Almaniyanın öndəgedən şirkətlərində yaxşı məvacibli işlə təmin oluna bilərsiniz.

Ən böyük ehtiyac hazırda mühəndislər, elmi mütəxəssislər, alimlər və həkimlərədir. Bu sahələr üzrə yüksək maaşlı iş yerləri tapmaq çox asandır.

Almaniyada işi necə tapmalı?

Hər şeydən əvvəl bizim mütəxəssislərimiz konsultasiya üçün hər zaman sizinlə danışmağa hazırdır. Bundan başqa bizim saytımızda mütəmadi olaraq bu haqda müxtəlif məlumatlar yerləşdirilir. Saytımızı izləmək bu cəhətdən sizə çox faydalı olacaq.

İlkin araşdırmanı özünüz internetdə də edə bilərsiniz. İş tapmaqda çətinlik çəksəniz biz sizə öz köməkliyimizi göstərəcəyik.

Almaniyada kimlər işləyə bilər?

Kimliyindən və peşəsindən asılı olmayaraq, yeni qanuna əsasən Almaniyada hər kəs işləyə bilər. Əsas məsələ ondan ibarətdir ki, işə başlamaq istədiyiniz yerin şərtlərini yerinə yetirəsiniz (məs. Lazımi dil biliyi, öz sahəniz üzrə teorik və praktiki bilikləriniz). İşə qəbul olduqdan sonra siz “EU Blue Card” vasitəsilə Almaniyada oturum icazəsi ala bilər və burada işləyə bilərsiniz. İstək olarsa bir neçə il sonra alman vətəndaşlığına keçid yaxud ömürlük oturum icazəsi də alına bilər.

Almaniyada işləməyin şərtləri nələrdir?

Almaniyada işə başlamağın əsas şərti hər hansı bir peşəyə sahib olmaqdır. Əgər ali təhsiliniz varsa, bir sıra iş yerlərində işləyə bilmək üçün əvvəlcə öz ölkənizdəki ali təhsil diplomunuzu Almaniyada tanıtmalısınız. Bu əsasən hüquqşünaslar və həkimlərə aiddir. Biznes, iqtisadiyyat, mühəndislik kimi sahələrdə isə şirkətlər diploma yox biliyə baxırlar, bir sıra hallarda sizi interview zamanı yoxlayırlar.

Bunları bilməlisiniz:

  • Almaniyada işləyərkən tibbi sığortanız olacaq. Hər hansı xəstəlik zamanı bütün ödənişləri sığorta qarşılayacaq.

  • Almaniyada işləyərkən maaşınızın bir hissəsini gəlir vergisi olaraq dövlətə ödəməli olacaqsınız. Evli deyilsinizsə bu maaşınızın 20-30 faizinə qədər çata bilər.

  • Almaniyada işə qəbul olduqda həyat yoldaşınızı və uşaqlarınızı özünüzlə gətirməyə icazəniz olacaq. Onlar sizdən fərqli olaraq alman dilini bilməli deyillər.

  • Almaniyada bilməli olduğunuz dil sizin işinizin sizdən tələb etdiyi dildir. Yəni məsələn siz Siemens şirkətində mühəndis vəzifəsində ingilis dilində işə düzəlmisinizsə, alman dili öyrənməyinizə ehtiyac yoxdur. Lakin Almaniyada yaşamaq üçün alman dilini bilmək məsləhətdir. Avropada 6 ölkədə 123 milyon insan alman dilində danışır.

PIGAS, təhsil almaq, işləmək və müalicə məqsədləri ilə Almaniyaya gəlmək istəyən xarici vətəndaşlara kömək edir. Göstərdiyimiz xidmətlər haqda daha ətraflı məlumat üçün Niyə bizim xidmətlərdən istifadə etməli olduğunuzu və Qəbul mexanizminin necə işlədiyinə dair müvafiq səhifələri oxumağınızı məsləhət görürük.

Almaniyada təhsil almağa artıq hazırsınızmı?

Elektron müraciət formunu doldurun və əməkdaşlarımız sizinlə ətraflı məlumat üçün əlaqə saxlayacaqlar.