Almaniyada Magistratura

 

[php snippet=1]

Təxminən 200-dən çox fərqli master proqramları ilə hazırda Avropanın ən cazib təhsil universitetləri olan alman universitetlərinə qəbul üçün bizim program sizlərə professional kömək təklif edir. Öz keyfiyyəti, disiplini və elmdə çatdıqları səviyyəyə görə dünyada ad çıxaran bu universitetlərə bütün dünyadan elm adamları, araşdırmaçı və tələbələr axın edir.

Almaniyada təhsil almağın üstünlükləri:

Almaniyada magistratura oxumağın ən üstün cəhəti odur ki, siz burada oxumaqla bütün dünyada tanınan diplom əldə etmiş olacaq və universitetlərin prestiji yüksək olduğundan inanılmaz dərəcədə iş imkanlarını qarşınızda açmış olacaqsınız.

Almaniyada 400-dən artıq universitet bir-birindən fərqli yüzlərlə master proqramı təklif edir. Bu universitetlərin bir çoxları hər zaman dünya reytinqlərlərində ilk sıralarda yer alırlar.

Bir sıra universitetlərdə işləyən müəllimlər, öz sahələri üzrə qazanmış olduqları nəaliyyətlərə görə yüzlərlə nobel mükafatı alıblar. Belə insanlarla birgə işləmək və elmlə məşğul olmaq yalnız alman universitetlərində mümkün olacaq.

Amerika və Britaniyadan sonra xarici tələbələrin ən çox seçdiyi ölkə olan Almaniyada ali təhsil almaq sizin dünya görüşünüzün artmasına, tamam fərqli üfüqlərə açılmanıza kömək edəcək.

Hazırda Avropanın ən güclü ölkəsi olan, Avropanın mərkəzində yerləşən Almaniya yaşam üçün də öz sakinlərinə əvəzsiz üstünlüklər yaradır. Elm sahəsində avropanın ən öndə gedən qurumlarında işləmək Almaniyada daha rahatdır.

Onu da qeyd etmək yerinə düşər ki, bir çox universitetlərdə master proqramları ya ödənişsiz, ya da 500 euro kimi az ödənişli sistemlə təhsil aparılır. Təhsilin səviyyəsi isə bütün dünyada öz keyfiyyəti ilə məşhurlaşıb.

Almaniyada ali təhsil üçün hazırda yüzlərlə stipendiya proqramı mövcuddur. Siz təhsil ala-ala həm də stipendiya alaraq həm təhsilinizi həm də Almaniyadakı yaşayış xərclərinizi maaliyyələşdirə bilərsiniz. Stipendiyalar haqda ətraflı məlumatı bu haqda olan ayrıca səhifəmizdən və əməkdaşlarımızla görüş təyin edib onlarla konsultasiya edə bilərsiniz.

Kimlər Almaniyada Master oxuya bilər?

Almaniyada magistratura oxumağın əsas şərti arzu olunan master proqramına uyğun bir bakalavr proqramının məzunu olmaqdır. Burada həm ingilis, həm də alman dillərində müxtəlif magistratura proqramları mövcuddur. Bəzi hallarda isə bu dillərin hər ikisi tələb olunur. İngilis dilini sübut edən sertifikatlardan əsasən TOEFL və İELTS sertifikatları qəbul edilir. Əgər bakalavr tam olaraq ingiliscə keçilibsə, bu halda bir çox universitet ingilis dilinin sübutu üçün sertifikat tələb etmir. Alman dili üçün isə TestDaF, DSH, Goethe institut diplom və sertifikatlarından hər hansı biri lazımdı. Dil səviyyəsi isə proqramdan və universitetdən asılı olaraq dəyişir. Bir sıra hallarda, əsasən texniki fənnlər haqqında olan master proqramları üçün GMAT, GRE kimi sertifikatlar da tələb olunur. Alman universitetlərində magistratura 1 yaxud 2 il davam edir (2 yaxud 4 semestr).

Masterə qəbul kriteriyası kimi əsas rolları, bakalavr zamanı alınan qiymətlər və arzu olunan sahə üzrə olan iş təcrübəsi təşkil edir.

PIGAS, təhsil almaq, işləmək və müalicə məqsədləri ilə Almaniyaya gəlmək istəyən xarici vətəndaşlara kömək edir. Göstərdiyimiz xidmətlər haqda daha ətraflı məlumat üçün Niyə bizim xidmətlərdən istifadə etməli olduğunuzu və Qəbul mexanizminin necə işlədiyinə dair müvafiq səhifələri oxumağınızı məsləhət görürük.

Almaniyada təhsil almağa artıq hazırsınızmı?

Elektron müraciət formunu doldurun və əməkdaşlarımız sizinlə ətraflı məlumat üçün əlaqə saxlayacaqlar.