Blog

Faydalı məlumatlar, yeniliklər və məqalələr

Almaniyada oxumaq üçün hansı universiteti seçməli?

 

[php snippet=1]

Almanıyanın 175 şəhərinə səpələnmiş yüksək keyfiyyətli universitetlər 17.000 –dən çox təhsil sahəsi üzrə tədris proqramı təklif edirlər. Baxmayaraq ki, bütün universitetlərin keyfiyyət statusları eynidir, bir çox universitetlər müəyyən sahə üzrə ixtisaslaşırlar. Bu səbəbdən universitetlərə müraciət edərkən hansı növ universitetə müraciət etdiyinizə diqqət etməlisiniz.

Almaniyadakı universitetləri 4 qrupa ayırmaq olar:

  1. Ümumi Universitetlər: Bu universitetlər nəhəng və qədim tarixə malik dövlətin nəzdində fəaliyyət göstərən universitetlərdir və araşdırma əsaslı təhsil verirlər. Bu qrupa girən universitetlər alman elminin əsas yük daşıyıcılarıdır. Çünki, məhz bu tip universitetlərdə elmi araşdırmalarla elmin son nailiyyətlərinə yiyələnilir və öz təhsillərində də bunu tədbiq edirlər.

    Bu qrupda bəzi universitetlər müəyyən sahə üzrə həm də ixtisaslaşırlar. Məsələn, baxmayaraq ki, başqa fakultələri də var, adlarından da məlum olduğu kimi, Aachen Texniki universiteti mühəndislik üzrə, Hannover tibb universiteti tibb üzrə, Köln idman universiteti idman üzrə ixtisaslaşıblar.

  1. Tətbiqi elmlər universitetləri – əsasən praktik əsaslı universitetlərdir. Burada tələbələr təhsillə yanaşı həm də eyni zamanda öz peşələrində işləyirlər. Məsələn Aachen Tətbiqi elmlər universitetində kosmik uçuş fakultəsindəki tələbələr universitetdəki dərsləri ilə yanaşı həmdə kosmik gəmilər hazırlanmasında Avropa kosmik agentliyində işləyib praktik biliklər toplayırlar.

  1. İncəsənət, film və musiqi akademiyaları – adlarından da məlum olduğu kimi bu universitetlər digərlərindən fərqli olaraq müvafiq sahələr üzrə tədris verirlər. 53 İncəsənət akademiyası ilə, məşhur bəstəkar, rəssam, incəsənət xadimləri yetişdirmiş bu ölkə dünyanın ən öndəgedən incəsənət təhsilini verir.

  1. Özəl universitetlər – Hazırda bu universitetlərin sayı Almaniyada sürətlə artmaqdadır. Bu universitetlərə qəbul asan olsa da, dövlət universitetlərindən fərqli olaraq burada təhsil hər zaman pulludur. Hazırda 100ə yaxın özəl universitet Almaniyada fəaliyyət göstərir.

Universitet seçərkən, sizin tələblərinizə və gələcək kariyeranıza ən uyğun gələn universitet seçməkdə diqqətli olun. Bu işdə qərarsınızsa əməkdaşlarımız suallarınızı cavablandırmağa hər zaman hazırdır.

PIGAS, təhsil almaq, işləmək və müalicə məqsədləri ilə Almaniyaya gəlmək istəyən xarici vətəndaşlara kömək edir. Göstərdiyimiz xidmətlər haqda daha ətraflı məlumat üçün Niyə bizim xidmətlərdən istifadə etməli olduğunuzu və Qəbul mexanizminin necə işlədiyinə dair müvafiq səhifələri oxumağınızı məsləhət görürük.

Almaniyada təhsil almağa artıq hazırsınızmı?

Elektron müraciət formunu doldurun və əməkdaşlarımız sizinlə ətraflı məlumat üçün əlaqə saxlayacaqlar.

Müəllif haqda