Almaniyada praktika və internship

 

[php snippet=1]

Hər il yüzlərlə xarici bizim proqram vasitəsilə Almaniyanın çoxsaylı fərqli şirkətlərində və qurumlarında praktika yerlərinə qəbul olur. Dünyanın öndə gedən şirkət və qurumlarında praktika etmək gələcək karyeranız üçün əvəzolunmaz bir təcrübə olacaq. Almaniyada internship keçməklə siz buranın iş mühiti, şərtlər və vəziyyət haqda geniş məlumat əldə etmiş olursunuz.

İnternship nədir?

Siz internship etdiyiniz zaman, hər hansı bir şirkətdə yaxud qurumda müxtəlif zaman kəsiyində (bir neçə gündən bir neçə aya qədər ola bilər) sizə verilən bir sahə üzrə işləmiş olursunuz. Ödənişli və ödənişsiz internshiplər mövcuddur.

Avropanın ən güclü, dünyanın 3-cü ən böyük iqtisadiyyatı olan Almaniya, günü-gündən böyüyən nəhəng şirkətləri ilə hər kəsi praktika imkanları ilə təmin edir. PİGAS bu imkanlardan istifadə edərək, praktikantlarla şirkətlər arasında körpü vəzifəsini görərək asan və problemsiz sənədləşmə və qəbul işlərində müraciətçilərə köməkçi olur.

Tibbi praktikalar

Tibbi internshiplər dedikdə əsasən klinikada aparılan praktika başa düşülür. Tibbi internshiplər istənilən müddətə razılaşdırıla bilər və bir çox klinika ingilis dilində klinikada işləməyə icazə verir. Bunlar adətən ödənişsiz internshiplərdir.

Masterclass kurslar

Masterklass kursları dedikdə öyrədici kurslar nəzərdə tutulur. Bu kurslar adətən ödənişli olur və sizin hər-hansı bir sahə üzrə həm teorik həm də praktik biliklərə yiyələnmənizə köməklik göstərir.

Nələri bilməlisiniz:

  • Kimlər iştirak edə bilər – Peşəsindən və akademik səviyyəsindən asılı olmadan hər kəs praktikalarda iştirakçı ola bilər.

  • Praktikanın dili – Əsasən ingiliscə və almancadır. Bəzi qurumlarda ispanca, rusca da praktika imkanları var.

  • Praktikanın qiyməti – bir çox hallarda simvolik dəyər daşıyan bu məbləğ (məsələn 150 avro) əsasən, sənədləşmə işlərinə sərf olunur. Lakin bəzi qurumlar – məsələn tibb sahəsindəki öyrədici praktiki kurslar 1000 avro ilə 50.000 avro arasında dəyişə bilər. PİGAS sizə uyğun praktikanın seçilməsində köməkçi olacaqdır.

  • Praktikanın müddəti – 1 həftədən 1 ilə qədər zaman aralığında dəyişir, şirkət və quruma bağlı olaraq fərqlidir. Əsasən praktikantların istəyi nəzərə alınır.

PIGAS, təhsil almaq, işləmək və müalicə məqsədləri ilə Almaniyaya gəlmək istəyən xarici vətəndaşlara kömək edir. Göstərdiyimiz xidmətlər haqda daha ətraflı məlumat üçün Niyə bizim xidmətlərdən istifadə etməli olduğunuzu və Qəbul mexanizminin necə işlədiyinə dair müvafiq səhifələri oxumağınızı məsləhət görürük.

Almaniyada təhsil almağa artıq hazırsınızmı?

Elektron müraciət formunu doldurun və əməkdaşlarımız sizinlə ətraflı məlumat üçün əlaqə saxlayacaqlar.