Almaniyada rezidentura

 

[php snippet=1]

Bizim proqram gənc həkimləri dünyanın ən prestijli və texnoloji cəhətdən inkişaf etmiş klinikalarında rezidentura keçməyə dəvət edir. Biz sizin sənədləşmə, qəbul, iş icazəsi və s. kimi mürəkkəb bürokratik işlərinizi həll etdikməkdə köməklik edərkən, siz də stressdən uzaq, işinizi professionallara həvalə etməyin arxayınçılığı ilə alman dili üzərində konsentrasiya ola bilərsiniz.

Almaniyada rezidentura oxumağın ən üstün cəhəti ondan ibarətdir ki, siz burada oxumaqla bütün dünyada tanınan diplom əldə etmiş olacaq və klinikaların prestiji yüksək olduğundan çox sayda iş imkanlarına yol açmış olacaqsınız. Uzun zamandan bəri alman klinikaları ilə qurduğumuz münasibətlər və əlaqələr nəticəsində, müraciətçilərimizin rezidenturaya qəbul olunmasını kömək etmək bizim üçün çox asandır.

Almaniyada rezidenturaya qəbul olmaq üçün bizim proqramın xidmətlərindən istifadə etdikdə, sizin üçün əvvəldən axıra kimi bütün işlərinizi həll etmədə sizə köməkçi olacağıq. Yəni həm sizi rezidenturaya qəbul olunmanızda, həm də iş icazəsi almağınıza kömək edirik. Beləliklə, siz alman klinikalarının birində klinikadan alman rezidentlər qədər maaş alaraq təhsil almaq imkanı əldə etmiş olursunuz. Prestijli klinikada təhsil alaraq eyni zamanda pul qazanmaq istəyən həkimlər üçün bu variant əvəzsizdir.

Almaniyada rezidentura rəqəmlərlə:

Avropada yaxud öz ölkənizdə, harada məzun olmağınızdan asılı olmayaraq, siz almaniyada bizim köməyimizlə asanlıqla rezidentura təhsili ala bilərsiniz. Son 15 ay ərzində bu proqram vasitəsilə 340 xarici həkim almaniyada rezidenturaya başlayıb. Ümumilikdə 2013-cü ildə isə Almaniyada 10,500 xarici həkim rezidenturaya başlayıb. Aşağıdakı cədvəldə ən çox üstünlük verilən rezidentura sahələrinə baxa bilərsiniz:

almaniyadarez

Nələri bilməlisiniz:

Minimal maaş: bizim vasitəmizlə siz həm də klinikadan maaş ala bilərsiniz. Bu maaş oxuyacağınız rezidentura sahəsinə bağlı olaraq 3000 – 5000 avro arası dəyişir. Onu da qeyd edək ki, evli olmayanların maaşının müəyyən faizi dövlətə vergi olaraq ödənilir. İllər keçdikcə aylıq maaş da qalxır. Bundan başqa siz həftə sonları növbədə qalmaqla da əlavə pul qazana bilərsiniz. Adətən növbədə qalan həkim rezidentə günə 200-250 avro arası məvacib verilir.

Rezidenturanın müddəti: oxuyacağınız rezidentura sahəsindən asılı olaraq əsasən 5-lə 6 il arasında dəyişir. Stomatoloji rezidentura sahələri isə 1-lə 3 il arası dəyişir.

Müraciət zamanı: rezidenturaya hər zaman başlamaq olar. Əsas şərt, alman dilini lazımi səviyyədə bilməkdir.

Dil səviyyəsi: normalda Almaniyada rezidenturaya qəbul ola bilmək üçün minimal dil səviyyəsi B2-dir və dili bilmədən rezidenturaya qəbul olmaq mümkün deyil. Lakin siz dili bilmədən belə bu proqram vasitəsiylə əvvəlcə rezidenturaya, yarım il sonrakı zaman üçün qəbul ala bilər, həmin zaman kəsiyində də alman dilini öyrənə bilərsiniz. Alman dilini bilməyənlər üçün dil kursu xidmətlərimizdən istifadə edin.

PIGAS, təhsil almaq, işləmək və müalicə məqsədləri ilə Almaniyaya gəlmək istəyən xarici vətəndaşlara kömək edir. Göstərdiyimiz xidmətlər haqda daha ətraflı məlumat üçün Niyə bizim xidmətlərdən istifadə etməli olduğunuzu və Qəbul mexanizminin necə işlədiyinə dair müvafiq səhifələri oxumağınızı məsləhət görürük.

Almaniyada təhsil almağa artıq hazırsınızmı?

Elektron müraciət formunu doldurun və əməkdaşlarımız sizinlə ətraflı məlumat üçün əlaqə saxlayacaqlar.