Almaniyada Studienkolleg

 

[php snippet=1]

Studienkolleg məktəbi yeni bitirmiş gəncləri alman universitetlərinə qəbul olunmaları üçün hazırlayan bir qurumdur. İngiltərədəki universitetdən əvvəl tədris olunan Foundation sisteminə bənzər bir hazırlıq ilidir.

Almaniyada universitetdə ali təhsil ala bilmək üçün orta təhsiliniz Almaniyadakı orta təhsilə uyğun olmalıdır. Almaniyada şagirdlər məktəbi bitirdikdən sonra, universitetə başlamamışdan əvvəl 2 illik “Abitur” adlanan bir təhsil pilləsini keçib imtahan verməlidirlər. Bir çox ölkələrin orta məktəb sistemi daha qısa olduğundan, almaniyada təhsil almaq istəyən abituriyentlər əvvəlcə Studienkolleg adlı hazırlıq ilini keçməlidirlər.

Studienkolleg xarici tələbələrin öz ölkələrindəki təhsil sistemi ilə alman akademik sistemi arasında körpü rolunu oynayır.

Kimlər Studienkolleg oxumalıdırlar?

Siz əgər alman sisteminə uyğun bir məktəbi bitirməmisinizsə, və ali təhsiliniz 1 ildən artıq deyilsə, bu zaman Almaniyada universitet oxuya bilmək üçün mütləq Studienkolleg oxumalısınız.

Kimlər Studienkolleg oxumasına ehtiyac yoxdur?

Aşağıdakı abituriyent qrupları, Almaniyada universitetdə oxuya bilmək üçün Studienkolleg oxumasına ehtiyac yoxdur:

  • Öz ölkəsində yaxud başqa bir ölkədə ən az 2 il ali təhsil almış şəxslər; Təhsil aldığı universitet beynəlxalq səviyyədə tanınan bir universitet olmalıdır. Həmin 2 il ərzində təhsil alınan sahə hansıdırsa, abituriyent yalnız o və ona yaxın sahələrdə Almaniyada təhsil ala bilər.

  • Öz ölkəsində yaxud başqa bir ölkədə ali təhsilini tamamlamış şəxslər; Təhsil aldığı universitet beynəlxalq səviyyədə tanınan bir universitet olmalıdır. Təhsil almış olduğu sahədən asılı olmayaraq Almaniyada istədiyi sahə üzrə universitetə başlaya bilər.

Studienkolleg-ə qəbul olmaq üçün şərtlər hansılardır?

  • Studienkollegə qəbul olmaq üçün əsas şərtlərdən biri alman dilini minimum A2 səviyyəsində bilməkdir.

  • 2-ci qəbul şərti isə Öz ölkənizdə yaxud başqa bir ölkədə beynəlxalq səviyyədə tanınan bir universitetdə 1 il hər hansı bir sahə üzrə təhsil almış olmağınızdır.

PIGAS, təhsil almaq, işləmək və müalicə məqsədləri ilə Almaniyaya gəlmək istəyən xarici vətəndaşlara kömək edir. Göstərdiyimiz xidmətlər haqda daha ətraflı məlumat üçün Niyə bizim xidmətlərdən istifadə etməli olduğunuzu və Qəbul mexanizminin necə işlədiyinə dair müvafiq səhifələri oxumağınızı məsləhət görürük.

Almaniyada təhsil almağa artıq hazırsınızmı?

Elektron müraciət formunu doldurun və əməkdaşlarımız sizinlə ətraflı məlumat üçün əlaqə saxlayacaqlar.