Blog

Faydalı məlumatlar, yeniliklər və məqalələr

Almaniyada Approbasiyanı necə əldə etməli?

[php snippet=1]

Almaniyada həkim kimi işləyə bilmək üçün, fərqi yoxdur rezidenturada assistent həkim kimi, yoxsa normal ixtisaslaşmış həkim kimi sizə bütün hallarda əvvəlcə alman dilində “Approbation” adlanan tibbi həkimlik lisenziyası almaq lazımdır.

Rezidentura təhsili üçün Tibbi lisenziya mütləq lazımdırmı?

Əvvəllər Almaniyada tibbi lisenziyanı bir çox hallarda imtahansız, işləmək istədiyiniz klinika müdirinin xasiyyətnaməsi ilə almaq olurdu. 2012-ci ildə çıxan xarici həkimlərin Almaniyada işləmə qanununa əsasən bütün xarici həkimlər Almaniyada həkim olaraq işləyə bilmək üçün alman həkimlər kimi həkimlik lisenziyası almalıdırlar. Almaniyada təhsil alanlar onu universitet diplomu aldıqdan sonra birbaşa əldə edirlər. Xarici həkimlər isə lisenziyanı əldə etmək üçün alman dilində “Kenntnisprüfung” adlanan diplomtanıtma imtahanından keçməlidirlər. Aşağıdakı infoqrafikdə, Almaniyada rezidentura oxuya bilmək üçün keçməli olduğunuz 8 addımı gözdən keçirə bilərsiniz:
Ardını oxu →

read more

Almaniyada oxumaq üçün hansı universiteti seçməli?

[php snippet=1]

Almanıyanın 175 şəhərinə səpələnmiş yüksək keyfiyyətli universitetlər 17.000 –dən çox təhsil sahəsi üzrə tədris proqramı təklif edirlər. Baxmayaraq ki, bütün universitetlərin keyfiyyət statusları eynidir, bir çox universitetlər müəyyən sahə üzrə ixtisaslaşırlar. Bu səbəbdən universitetlərə müraciət edərkən hansı növ universitetə müraciət etdiyinizə diqqət etməlisiniz.

Ardını oxu →

Almaniyada ali təhsilinizi maliyyələşdirməyin yolları

[php snippet=1]

Almaniyada ali təhsil almağın ən böyük üstünlüklərindən biri də ondan ibarətdir ki, buradakı ali təhsil ocaqlarının çoxu ya pulsuz təhsil verir ya da çox cüzi ödənişlər tələb edir. Bundan başqa çox sayda stipendiya proqramları da tələbələr üçün müxtəlif növdə stipendiyalar təklif edirlər.

Ardını oxu →

Bu il Almaniyada təhsil almaq üçün 10 səbəb

[php snippet=1]

Əgər bizim saytımıza daxil olub bu məqaləni oxuyursunuzsa, yəqin ki artıq Almaniyada ali təhsil almaq haqda düşünürsünüz və Almaniyadakı təhsil haqda az-çox eşitmisiniz. Aşağıdakı siyahıda Almaniyada təhsil almağın 10 üstün cəhətini sizlərə təqdim edəcəyik.

Ardını oxu →

Almaniyada həyat

[php snippet=1]

Yəqin ki, artıq sizə Almaniyada yaşamağın bir sıra üstünlükləri məlumdur. Bugünki yazımızda Almaniyadakı həyatdan, buraya köçən xarici ziyalıların perspektivindən danışacağıq.

Almaniyadakı həyata adaptasiya

Nə qədər banal səslənsə də, Almanlar haqda deyilən – yüksək keyfiyyət, səliqə və disiplin – Almaniyanı və almanları qısaca xülasələşdirən 3 sözdür. Bu keyfiyyətləri siz Almaniyanın şəhər və kəndlərində gəzdikcə təmiz küçələri, ucqar bir kənd olsa belə ən xırda detallara qədər səliqəli düzəldilmiş yolun qırağındakı daşları gördükdə anlayacaqsınız.

read more