Blog

Faydalı məlumatlar, yeniliklər və məqalələr

Bu il Almaniyada təhsil almaq üçün 10 səbəb

 

[php snippet=1]

Əgər bizim saytımıza daxil olub bu məqaləni oxuyursunuzsa, yəqin ki artıq Almaniyada ali təhsil almaq haqda düşünürsünüz və Almaniyadakı təhsil haqda az-çox eşitmisiniz. Aşağıdakı siyahıda Almaniyada təhsil almağın 10 üstün cəhətini sizlərə təqdim edəcəyik.

  1. Yüksək keyfiyyətli ali təhsil: Həm bir sıra araşdırmaların nəticəsi olaraq, həm də bir çoxlarına məlum olan “alman keyfiyyəti” perspektivindən, Almaniyadakı ali təhsil dünyada Amerika və Britaniya ilə yanaşı ən keyfiyyətlilərdən sayılır. Xüsusilə, tibb və mühəndislik sahələrində Alman universitetləri dünyada lider sayılırlar.

    Almaniyadakı bir çox universitetin elmi işçiləri nəailiyyətlərinə görə yüzlərlə nobel mükafatı alıblar. Alman universitetlərində hər il bir sıra elmi yeniliklər kəşf və icad olunur. Yalnız onu demək kifayət edir ki, 2013-cü ildə RWTH Aachen universitetində aparılan kəşf və icadlar əsasında satılan proyektlərdən universitet 1,3 milyard dollar qazanıb. Bu bir sıra ölkələrin illik büdcəsindən daha böyükdür. 2012-ci ildə Heidelberg universitetində virus mənşəli uşaqlıq yolu xərçənginə qarşı vaksin hazırlandığını və uğurla xəstələrin müalicə olunduğunu deməyimizə ehtiyac varmı? Yeri gəlmişkən, bu vaksini hazırlayan həkimlərə 3 nobel verilmişdi həmin il.

  1. Yüksək reytinqli universitetlər: Günümüzdə bir sıra qurumlar dünya universitetlərinin reytinqini hazırlayırlar. Reytinqlərin hazırlanmasında bir sıra kriteriyalar əsas götürülür. Universitet alimlərinin xaricdə sitat gətirilməsi, dərslərin keçilmə keyfiyyəti, aparılan araşdırmalar, universitetin proyekt satma bacarığı, qazanc əldə etməsi və s. kimi kriteriyalar bunlara aiddir. Hər il açıqlanan Universitet reytinqlərində Almaniyanın ənənəvi Top 10 Universiteti həmişə ilk 100-lükdə, dünyanın ən yaxşı universitetləri arasında görmək olar. Alman universitetəri barədə olan məqaləmizə də buradan nəzər yetirə bilərsiniz.

  1. Pulsuz təhsil: Bir sıra xarici tələbələrin Almaniyada təhsil almaq istəməsinin əsas səbəblərindən biri də Almaniyada universitetlərin dövlət tərəfindən maliyyələşdirilməsi və bu səbəbdən də bir çoxunun pulsuz yaxud cüzi ödənişli olmasıdır (bir çox universitetlər semestrə 500 avro sənədləşmə üçün ödəniş tələb edir.)

    Əgər pul kriteriyası sizin üçün önəmlidirsə, Alman universitetləri Avropada yeganə pulsuz universitetlərdir. Bunun qarşılığında verilən keyfiyyətli təhsil isə xarici tələbələr üçün ən cazib səbəblərdəndir.

  1. Tükənməz imkanlar: Hazırda Almaniyada 421 universitet var və demək olar ki, burada təhsil almaq üçün hər sahə üzrə bakalavr və master proqramları mövcuddur. Veterinarlıqdan elektrik mühəndisliyinə, kosmik mühəndislikdən biznes administrasiyasına qədər geniş spektrdə təhsil verən universitetlər xarici tələbələrin tələbatlarını artıqlaması ilə ödəyirlər.

  1. Stipendiya imkanları: Hazırda Almaniyada ali təhsil üçün verilən yüzlərlə stipendiya proqramı fəaliyyət göstərir. Əbəs yerə deyil ki, bir çox xarici tələbə pulsuz təhsil alması ilə yanaşı, buradakı yaşam xərclərini də stipendiya alaraq qarşılayır. Bu haqda daha ətraflı Stipendiyalar haqda olan səhifəmizi oxumanızı məsləhət görürük.

  1. Universitetlərə asan qəbul: Hazırda alman universitetlərində 2,5 milyondan çox tələbə təhsil alır. Bu universitetlərdə yaradılan şərait və tələbələr üçün yerlərin bolluğu ilə əlaqədardır. Bir sıra universitetlərdə təhsil asan olmasa da qəbul prosesində problem yaranmır. Bundan başqa qəbul prosesini asanlaşdırmaq üçün bizə müraciət etməyiniz də sizə faydalı olacaqdır.

  1. Bütün dünyada tanınan diplomlar: Almaniya universitetlərindən aldığınız diplomlar demək olar ki, heç bir tanınma prosedurasına ehtiyac qalmadan birbaşa bir çox ölkədə tanınır. Universitetlərin bu xüsusiyyəti xarici tələbələr üçün onları daha da cazib hala salır.

  1. İngilis dilində təhsil imkanı: Almaniyada tibb və hüquq sahələrindən başqa demək olar ki, bütün sahələr üzrə siz alman dili ilə yanaşı, həm də ingilis dilində təhsil ala bilərsiniz.

  1. Almaniyanın artan önəmi: Həm böyüyən iqtisadiyyatı, həm də siyasi qüvvəsi ilə Almaniya hazırda dünyanın 5 nəhəng dövlətləri arasında öz yerini möhkəmlədir. Avropa Birliyinin işləyən lokomotivi sayılan bu ölkə, ekspertlərin rəyinə görə bir neçə ildən sonra dünyada yaşanıla biləcək rifah səviyyəsi cəhətdən ən rahat ölkə olaraq digərlərindən daha da fərqli hala gələcək. Gələcəyi çox parlaq olan bu ölkəyə əbəs yerə deyil ki, hər il 0,5-0,7 milyon ziyalı insan birdəfəlik köç edərək burada məskunlaşır.

  1. Avropanın mərkəzində gözəl ölkədə yaşama imkanı:   Avropanın tam mərkəzində yerləşən, gözəl təbiəti və yaşam standartları ilə, rifah səviyyəsi dünyada ən yüksək olan ölkələrdən biri olan Almaniya təhsil almaq üçün ən yaxşı ölkələrdən hesab olunur. Burada təhsil almaqla siz birbaşa avropa birliyinin oturum icazəsini almış olduğunuzdan, bütün Avropaya qapılarını açmış olursunuz. Bir neçə saat məsafədə olan digər Avropa ölkələrinə istər gəzinti, istərsə də iş məqsədli səfərlərinizi problemsiz planlaşdıra bilərsiniz. Almaniyada təhsil almaqla nəinki yüksək keyfiyyətli təhsil almış olacaqsınız, həm də bütün avropa birliyində rahat hərəkət edə biləcəyiniz və işləyə biləcəyiniz bir mühitlə tanış olmuş olacaqsınız.

PIGAS, təhsil almaq, işləmək və müalicə məqsədləri ilə Almaniyaya gəlmək istəyən xarici vətəndaşlara kömək edir. Göstərdiyimiz xidmətlər haqda daha ətraflı məlumat üçün Niyə bizim xidmətlərdən istifadə etməli olduğunuzu və Qəbul mexanizminin necə işlədiyinə dair müvafiq səhifələri oxumağınızı məsləhət görürük.

Almaniyada təhsil almağa artıq hazırsınızmı?

Elektron müraciət formunu doldurun və əməkdaşlarımız sizinlə ətraflı məlumat üçün əlaqə saxlayacaqlar.

Müəllif haqda