Tez-tez verilən suallar

 

”Hazırda

Bəli, bu tam mümkündür və biz sizin üçün bu işi həll edə bilərik. Bunun üçün sadəcə Elektron Müraciət formasından istifadə edərək bizə müraciət etməyiniz kifayətdir. Əməkdaşlarımız ən qısa zamanda sizinlə əlaqəyə keçərək mümkün ən yaxşı variantlar haqqında sizinlə danışacaqlar.

”Almaniyaya
Neçənci kursdan başlamağınızı indidən dəqiq demək mümkün deyil, lakin 90 faiz hallarda oxuduğunuz və imtahanını verdiyiniz fənnləri yenidən oxumayacaqsınız. Bunun üçün dərsləri əvvəlcə tanıtmaq lazımdır.
”Hazırda
Bir çox ölkələrin orta məktəb attestatı Almaniyada tanınmır, çünki Almaniyada təhsil sistemi tamam fərqlidir. Burada orta məktəb 11+2 ildən ibarətdir. Son 2 il Abitur adlanır və bu son ildə keçilən dərslərdən aldığınız qiymətlərə əsasən siz universitetə qəbul olunursunuz. Ona görə də Almaniyada universitet oxumaq istəyənlərin iki yolu var. 1ci yol bundan ibarətdir ki, siz öz ölkənizdə universitetə daxil olaraq 2 il həmin universitetdə oxuyursunuz və yalnız 2ci kursdan sonra keçid (perevod) olunursunuz. Beləliklə, universitetin ilk 2 ili Abitura uyğun sayılır və siz Almaniyada universitet oxumaq haqqı qazanırsınız. 2ci yol isə sizin 11 illik orta məktəbdən sonra hər hansı bir universitetə qəbul olduqdan və 1 il təhsil aldıqdan sonra Almaniyada Abitur oxumağınızdan ibarətdir. Xaricilər üçün Abitur Studienkolleg adlanır. Əgər siz Almaniyada Studienkolleg oxumaq istəyirsinizsə, alman dilini də öyrənməlisiniz. Bunun üçün sadəcə Elektron Müraciət formasından istifadə edərək bizə müraciət etməyiniz kifayətdir. Əməkdaşlarımız ən qısa zamanda sizinlə əlaqəyə keçərək mümkün ən yaxşı variantlar haqqında sizinlə danışacaqlar.
”Mən
Yes. You can study in English almost in all areas in Germany except medicine and law. You must have TOEFL or IELTS certificates. Requirements for minimum scores vary for different universities. However, universities usually require at least 200 points in CBT while IELTS score should be at least 6 or higher.
”Dərslərimi
Bəli, dərsləri tanıtdırma işində sizə kömək edə bilərik. Sadəcə email ünvanımıza yazmağınız kifayətdir, qalan proseduranı əməkdaşlığımız çərçivəsində həll edəcəyik.
”Almaniyada
Almaniyada tibb təhsili yalnız alman dilində aparılır. Bakalavr oxumaq istəyənlər DSH 2 və ya DSH3 sertifikatı, TestDaF 4 və ya üzəri, Goethe İnstitutunun diplomu, öz ölkənizdəki universitetin alman dili üzrə diplomuna sahib olmalıdırlar. Tibb üzrə bakalavra daxil ola bilmək üçün 2 yolunuz var.
”Almaniyada
Almaniyada bakalavr pilləsinə qəbul olmaq üçün əsas kriteriya təhsil alacağınız dili (əsasən alman və ya ingilis) lazımi səviyyədə bilməyinizdir. Bundan başqa sizin universitet və məktəb qiymətlərinizə də baxıla bilər.
”Sizinlə
Almaniyada təqaüd almaq üçün bir sıra vəqf və fondlar təqaüd proqramlarını oxuduğunuz universitetin saytında elan edəcəkdir. Onlara müraciət etməyiniz kifayətdir. Demək olar ki, bütün universitetlərdə təqaüd proqramları var. Əsas şərtləri sizin dərs qiymətlərinizdir.
”Almaniyada
Ortalama bir tələbəyə ümumi aylıq 500-600 avro bəs edir. Lakin oxuduğunuz fakultə çox bahalı da ola bilər. Məsələn, Heidelberg Universitetində stomatologiya təhsili üçün ildə ortalama 4-5 min avro ancaq materiallara lazımdır.
”Almaniyada
Bəli, siz tələbə vizası ilə il ərzində 180 gün yarımştat, 90 gün tamştat işləyə bilərsiniz. Oxuduğunuz sahə ilə əlaqədar köməkçi işlərdə isə, məsələn praktikant kimi, hər hansı bir məhdudiyyət yoxdur.
”Oxumuş
Siz master proqramlarında ona yaxın sahələr üzrə oxuya bilərsiniz. Əlaqəsi olmayan fənnlərlə əlaqədar master proqramı oxumaq üçün həmin sahədə fitri istedad olmaq lazımdır. Məsələn siz xarici dillər universitetində ingilis dili fakultəsini bitirmisinizsə siyasət üzrə oxumaq istəsəniz, yayımlanmış məqalələriniz, yazılarınız, cəmiyyət üzərindəki təsirinizin olması, siyasi iş kariyeranız və s. kimi faktorlar qəbulda rol oynayacaq. Əgər belə qabiliyyətləriniz və fəaliyyətiniz yoxdursa istədiyiniz fərqli ixtisas üzrə qəbul almaq mümkün deyil.
”Almaniyada
Hər ikisi mövcuddur. Lakin Almaniyada bir çox universitet ya ödənişsiz, ya da cüzi ödənişlidir (məsələn semestr başına 200-500 avro). Lakin bəzi universitetlərin ödənişi 20000 avroya qədər ola bilər. Almaniya avropada təhsil üçün ən əlverişli ölkədir, həm çox keyfiyyətli, həm də ödənişsiz təhsil alma imkanı var.
”Almaniyada
NXeyir Almaniyada rezidentura üçün ödəniş etməyinizə gərək yoxdur. Əksinə siz rezidentura zamanı klinika üçün həkim olaraq işlədiyiniz üçün maaş alacaqsınız.
”Almaniyada
Almaniyada demək olar ki, bütün universitetlərdə ingilis dilində doktorantura edə bilərsiniz. Qəbul şərtləri müxtəlifdir və universitetdən asılı olaraq dəyişir. Konkret olaraq hansı sahə üzrə və harada doktorantura etmək istədiyinizi email ünvanımıza yazın, biz sizin qəbulun üçün nələrin lazım olduğunu deyəcəyik.
”Almaniyada
Adı çəkilən sahə üzrə Almaniyada rezidentura oxumaq istəyən stomatoloqların təəssüf ki, bunu etmə haqqları yoxdur. Almaniyada bu sahə üzrə rezidentura oxumaq üçün həm müalicə işi fakultəsini, həm də stomatologiya fakultəsini bitirmiş olmalısınız. Yalnız bundan sonra siz təxminən 3 il davam edən rezidenturaya qəbul olmaq haqqı qazanırsınız. Yalnız stomatoloji həkimlik diplomu olanlar Almaniyada ağız cərrahiyyəsi üzrə (Oral Chirurgie) rezidentura oxuya bilərlər. Rezidentura minimum 3 il davam edəcək.