Xidmət şərtləri

Son yenilənmə tarixi: 20 sentyabr,2014 ,qüvvəyə minir- 20 sentyabr, 2014.

Bu müştəri razilaşması (Müqavilə) sizinlə (yəni müştəri ilə) Almaniyada Im weiher 12,69121 Heidelberg-de başlıca biznes yerinə malik alman korporasiyası Pigas arasında müqavilədir.(Pigas-Beynəlxalq Alman müraciət xidməti proqramıdır).Siz bizim www.pigas.org-da yerləşən saytımızdan və əlaqədar proqram və xidmətlərdən istifadə etmək üçün bu müqavilədə qeyd olunan bütün şərtləri oxuyub qəbul etməli və razılaşmalısınız.Pigas yenilənmiş versiyanı saytda yerləşdirməklə istənilən vaxt bu müqaviləyə düzəliş edə bilər. Hər yenilənmiş variant həmin vaxtda və ya ondan sonra olacaq qüvvəyə minmə tarixini əks etdirəcək.Əgər yenidən işlənmiş variant maddi baxımdan sizin hüquqlarınızı aşağı salır və ya öhdəliklərinizi artırırsa,biz bunu qüvvəyə minmə tarixindən əvvəl bildiriş kimi sizə göndərə bilərik.Siz Pigas platformasını və bizim xidmətlərimizi müqavilənin yenidən işlənmiş variantı qüvvəyə mindikdən sonra da istifadə etməklə şərtlərimizi qəbul etmiş olursunuz.Bu müqavilə burada olan və Fehler! Linkverweis ungültig. şərtləri linkindən birləşdirilən razılaşma və prinsipləri özündə cəmləyir və birləşdirir,çünki belə razılaşma və prinsiplər vaxt-vaxt Pigas tərəfindən dəyişdirilə bilər.Bu prinsiplər və razılaşmalar müqaviləyə zidd olduqda müqavilə onu yoxlayır.Böyüdülmüş şərtlər müqavilə boyu və 12-ci bölmədə müəyyən edilmişdir.
Xidmət paketini seçərkən “Al” düyməsini basmaqla və ya Pigas platformasından istifadə etməklə siz bu müqavilənin bağlanmasına razı olduğunuzu qəbul edirsiniz.Əgər siz bu müqaviləni bütünlüklə qəbul etmirsinizsə, o zaman Pigas platformasına daxil olmaya və istifadə etməyə bilərsiniz.Əgər siz bu müqaviləyə müəssisə adından razılıq verirsinizsə bu sizin həmin müəssisənin müqaviləyə görə öhdəlik daşıdığına zəmanət verdiyinizi və buna ixtiyarınızın olduğunu göstərir.O halda “sən” və “sizin” həmin müəssisəyə aid və tətbiq ediləcək.

1.Pigas platformasnın məqsədi

Pigas platforması 3 hissədən ibarətdir.Sayt (www.pigas.org), Müştəri paneli və bizim xidmətlərimiz.Bu xidmətlər bizim ofisimizdə komanda üzvlərimiz tərəfindən hazırlanır və əvvəlcədən təyin olunmuş paketə daxil edilir.
Pigas platforması Almaniyanın təhsil müəssisələrində təhsil almaq,orada işləmək və klinikalarda müalicə almaq istəyən namizədlər üçün müraciət xidmətini təmin edir.Bu razılaşmaya əsasən Pigas müştərilərə aşağıdakı xidmətləri təklif edir.

2. Bizim xidmətlərimiz

2.1. Email vasitəsiylə gündəlik yardım
Bu xidmət bizim bütün paketlərimizə daxildir (Magistratura,bakalavr pilləsi,rezidentura,təhsil kolleci,dil kursları,doktorantura, master kursları, təcrübə,iş və müalicə xidmətləri).
Bizim mütəxəssislər sizə kömək edəcək,gündəlik olaraq suallarınızı cavablandıracaq və email vasitəsilə söhbət apararaq sizə ərizə ilə müraciət etməkdə kömək edəcək.Bunun müddəti sizin seçəcəyiniz paketdən asılıdır.Xahiş edirik nəzərə alasınız ki,cavablandırma bizim iş vaxtımızdan və sizin hansı saat qurşağında yerləşməyinizdən asılı olaraq 8-14 saat çəkə bilər.Həftə sonları və bayramlar Almaniyada çox zaman bura daxil olunmur.

2.2. Üzbəüz görüş
Bu xidmət bizim xidmət sahələrimizdən (Magistratura,bakalavr pilləsi,rezidentura,təhsil kolleci,dil kursları,doktorantura, master kursları təcrübə,iş və müalicə xidmətləri) yalnız “Yardım paketi” və “Tam qəbul paketi”nə daxildir.
Siz bütün suallarınızı üzbəüz soruşa bilərsiniz.Belə ki, siz bizim Almaniyada yerləşən ofisimizə gələ bilərsiniz və ya Skype kimi telemost proqramları vasitəsilə bizim mütəxəssislərlə onlayn danışıq apara bilərsiniz.Davametmə müddəti sizin seçəcəyiniz paketdən asılıdır.
2.3. Universitet / Müəssisə/ Klinika / Şirkət siyahısı
Aşağıda bunların hamısı yalnız müəssisə adlandırılacaq.Bu xidmət yalnız “Xidmət paketi” və “Tam qəbul paketi”nə daxildir.
Biz sizə müraciət etmək üçün müəssisələrin siyahısını təqdim edəcəyik.Sizin göstərdiyiniz kriteriyalara ən münasib universitetləri tapacağıq.Lütfən nəzərə alın ki,biz maksimum 3 mövzuda siyahı tərtib edirik.

2.4. Cv-nin təkmilləşdirilməsi

Bu xidmət bizim xidmət sahələrimizdən yalnız “Tam qəbul paketi”nə daxildir.(Magistratura,bakalavr pilləsi,rezidentura,təhsil kolleci,dil kursları,doktorantura, master kursları, təcrübə,iş və müalicə xidmətləri)
Çox vaxt namizədlər müəssisələrə çox bərbad Cv-lər göndərirlər,lakin Almaniyada qəbul olunmaq üçün mükəmməl sistemli anketə sahib olmalısınız.Bizim mütəxəssislər Cv-nizi nəzərdən keçirib sizi məlumatlandıracaq və daha yaxşı nəticə əldə etmək üçün təkmilləşdirəcək.

2.5. Əsaslandırma məktubu

Bu xidmət bizim xidmət sahələrimizdən yalnız “Tam qəbul paketi”nə daxildir. (Magistratura,bakalavr pilləsi,rezidentura,təhsil kolleci,dil kursları,doktorantura, master kursları, təcrübə,iş və müalicə xidmətləri)
Bu alman müəssisələrinə qəbulda kritik nöqtədir.Müəssisələrin çoxu sizdən əsaslandirma məktubu tələb edəcək.Bizim mütəxəssislər sizə kömək edərək onu sizin üçün yazacaq.

2.6. Sənədlərin yoxlanışı

Bu xidmət bizim xidmət sahələrimizdən yalnız “Tam qəbul paketi”nə daxildir(Magistratura,bakalavr pilləsi,rezidentura,təhsil kolleci,dil kursları,doktorantura, master kursları, təcrübə,iş və müalicə xidmətləri)
Bütün sənədlərinizi universitetlərə göndərməzdən əvvəl biz hər bir şeyin düzgünlüyünə əmin olmalıyıq.Ofisimizə gələ bilər və ya onlayn video konfrans yarada bilərsiniz və biz hər bir sənədin düzgün olduğunu yoxlayacağıq.

2.7. Ofisimizdən istifadə

Bu xidmət bizim xidmət sahələrimizdən yalnız” Tam qəbul paketi”nə daxildir(Magistratura,bakalavr pilləsi,rezidentura,təhsil kolleci,dil kursları,doktorantura, master kursları, təcrübə,iş və müalicə xidmətləri).

Əsasən namizədlər üçün kritik nöqtələrdən biri vaxt və son möhlət tarixidir.Göndərişləri Almaniyadan göndərmək və qəbul etmək həftələrlə çəkə bilər .Siz sadəcə bizim ofisimizdən Almaniyda sizin nümayəndəlik unvanı kimi istifadə edə bilərsiniz.Müəssisələrdən razılıq almaq 1 gün vaxt alır və biz razılıq alan kimi sizi email vasitəsilə məlumatlandırırıq.

2.8. Müəssisə yoxlanışı

Bu xidmət bizim xidmət sahələrimizdən yalnız “Tam qəbul paketi”nə daxildir(Magistratura,bakalavr pilləsi,rezidentura,təhsil kolleci,dil kursları,doktorantura, master kursları, təcrübə,iş və müalicə xidmətləri)
Ehtiyac olduqda biz həm də sizin müraciət etmiş olduğunuz müəssisələrlə əlaqə saxlayır və sizi problemlər,xəbərlər və s. barədə məlumatlandırırıq.

2.9. Viza alınması
Bu xidmət bizim xidmət sahələrimizdən yalnız “Tam qəbul paketi”nə daxildir(Magistratura,bakalavr dərəcəsi,rezidentura,təhsil kolleci,dil kursları,doktorantura, master kursları, təcrübə,iş və müalicə xidmətləri)
Biz həmçinin sizə qəbul olunduqdan sonra viza almaq prosesində də köməklik edirik.Bura sizin ölkənizdə viza almaq üçün nə etməli olduğunuz barədə məlumat daxildir.

2.10. Yerləşdirilmə, Qarşılama

Bu xidmət ayrıca alına bilər və xidmət sahələrimizdən “Tam qəbul paketi”nə pulsuz daxildir.
Lazım olarsa biz sizə Almaniyada qalmaq üçün ev tapmaqda köməklik edə və ev sahibləri ilə danışa bilərik. Biz həmçinin sizi aeroportdan maşınımızla götürüb qalacağınız yerə apara,sizə alman dilini bilmədən Almaniyada necə səyahət edəcəyinizi göstərə və öyrədə bilərik.50 km-dən çox gəzinti üçün əlavə benzinin pulu ödənilməlidir.

2.11. Dil kursuna qəbul

Bu xidmət ayrıca alına bilər və xidmət sahələrimizdən “Tam qəbul paketi”nə pulsuz daxildir.
Biz sizə həmçinin dil kursuna qəbul olunmaqda köməklik edə bilərik (siz yalnız kursun ödənişini ödəməlisiniz)

2.12. Sənədlərin poçt və ya faksla ölkənizə göndərilməsi

Bu xidmət ayrıca alına bilər və xidmət sahələrimizdən “Tam qəbul paketi”nə pulsuz daxildir.
Əgər siz nümayəndəlik kimi bizim ofisimizi seçirsinizsə, biz sənədlərinizi öz ölkənizdə ünvanınıza pulsuz göndərəcəyik.Əgər sürətli poçta ehtiyacınız varsa siz bu xidmət üçün əlavə poçt ödənişi ödəməlisiniz.Biz UPs-la əməkdaşlıq edirik ,buna görə də sizə 5 % endirim olunacaq .

3.Xidmətlərin müddəti

3.1. Email vasitəsilə gündəlik yardım
3.1.1. Məsləhət paketi( bütün xidmət sahələri üçün etibarlıdır)-2 gün.Siz 2 gün ərzində bütün suallarınızı soruşa bilərsiniz.Bizim mütəxəssislər onları mümkün olduğu qədər tez cavablandıracaq.Sualların sayına məhdudiyyət qoyulmur.Bizim komanda üzvlərimiz sizin yerləşdiyiniz saat qurşağı və iş saatınızdan asılı olaraq 2 gün ərzində suallarınızı 8-14 saat intervalında cavablandıracaq.Biz sizin ödənişinizi və sizin bizim xidmətdən istifadənizi təsdiq etdikdən sonra sayta abunə olmuş olursunuz.Xidmətimizdən istifadəyə başlanıldıqdan sonra o dayandırıla və ya daha sonra istifadə üçün dondurula bilməz.

3.1.2. Yardım paketi-30 gün(bütün xidmət sahələri üçün etibarlıdır)- 30 gün ərzində bütün suallarınızı verə bilərsiniz.Bizim mütəxəssislər onları mümkün olduğu qədər tez cavablandıracaq.Sualların sayına məhdudiyyət qoyulmur.Bizim komanda üzvlərimiz sizin yerləşdiyiniz saat qurşağı və iş saatınızdan asili olaraq 30 gün ərzində suallarınızı 8-14 saat intervalında cavablandıracaq.Biz sizin ödənişinizi və sizin bizim xidmətdən istifadənizi təsdiq etdikdən sonra sayta abunə olmuş olursunuz.Xidmətimizdən istifadəyə başlanıldıqdan sonra o dayandırıla və ya daha sonra istifadə üçün dondurula bilməz.

3.1.3. “Tam qəbul paketi”-Müştəri qəbul olunanadək (bütün xidmət sahələri üçün etibarlidir).Bu zaman gecikmə bütünlükdə maksimum 60 gün çəkə bilər (dayandırılması və ya daha sonra istifadə üçün dondurulması istisnadır).Müştəri istənilən vaxt xidmətimizdən istifadəni dayandıra bilər və bunun üçün vaxta və miqdara məhdudiyyət qoyulmur.
Məsələn, 1-ci həftədə bir neçə sualdan sonra müştəri istifadəni dayandıra bilər,belə ki, o mütəxəssislərdən öyrəndi ki,o hələ Almaniyada təhsil almaq üçün münasib deyil və müştəri 3 aydan sonra istifadəni aktivləşdirə bilər.Sərf olunmuş vaxt həmin anda müştəri panelində göstəriləcək.

3.2. Üzbəüz görüş

3.2.1. Yardım paketi -1 saat. Bu xidmət daha sonra istifadə üçün dayandırıla və ya dondurula bilməz.

3.2.2. Tam qəbul paketi.-3 saat. Bu xidmət dayandırıla və ya daha sonra istifadə üçün dondurula bilər.

3.3. Universitet / Müəssisə / Klinika / Şirkət siyahısı
Bu xidmət yalnız bir dəfə həyata keçirilir.Müştəri 3 mövzuda sifariş edə bilər.

3.4. CV-nin təkmilləşdirilməsi.
Bu xidmət yalnız bir dəfə həyata keçirilir.

3.5. Əsaslandırma məktubu.
Bu xidmət yalnız bir dəfə həyata keçirilir.

3.6. Sənədlərin yoxlanışı.
Bu xidmət yalnız bir dəfə həyata keçirilir.

3.7. Bizim ofisimizdən istifadə.
Bu xidmətdən müvafiq paketin sonuna qədər istifadə oluna bilər.

3.8. Müəssisə yoxlanışı.
Bu xidmətdən müvafiq paketin sonuna qədər istifadə oluna bilər.

3.9. Vizanın əldə olunması.
Bu xidmətdən “email vasitəsilə gündəlik yardım” xidmətinə uyğun vaxta qədər istifadə oluna bilər.

3.10. Yerləşdirilmə.Qarşılanma
Bu xidmət yalnız bir dəfə həyata keçirilir.

3.11. Dil kursuna qəbul
Bu xidmət yalnız bir dəfə həyata keçirilir.

3.12. Poçt və ya faks vasitəsilə sənədlərin ölkənizə göndərilməsi.
Bu xidmət yalnız bir dəfə həyata keçirilir.

 

4. Qiymətlər və ödənişlər

4.1. Faktiki qiymətlər
Pigas müştərilərindən xidmətlərinə görə ödəniş alır.Faktiki qiymətlər:

4.1.1. Təhsil kolleci-qiymətə bax.

4.1.2. Dil kursları-bir dəfə 59 $.

4.1.3. Master kursları-bir dəfə 59 $.

4.1.4. Klinikalarda müalicə-bir dəfə 490 $.Səyahət və mənzil haqları istisnadır.

4.1.5. Bakalavr dərəcəsi-qiymətinə bax.

4.1.6. Magistr dərəcəsi-qiymətinə bax.

4.1.7. Rezidentura-qiymətinə bax.

4.1.8. Doktorantura-qiymətinə bax.

4.1.9. İş xidmətləri -qiymətinə bax.

4.1.10. Təcrübə-qiymətinə bax.

4.2. Ödəmə seçimləri.

Ödənişlər kredit kartı,bank hesabı və ya Paypal hesabı ilə həyata keçirilə bilər.Onlayn ödənişlər Stripe-Paypal tərəfindən təchiz olunur və təhlükəsiz şəkildə Comodo SSl tərəfindən təsdiqlənir.

4.3. Ödənişin geri qaytarılması prinsipləri.
Biz “ədalətli geri ödəmə” siyasətini həyata keçiririk.Pis geri ödəmə taktikası insanı hiddətləndirir.Belə bir fikir yaranır ki,şirkət sadəcə səni aldatmağa çalışır.Biz heç vaxt müştərilərimizin belə bir hiss yaşamasını istəmirik, buna görə də bizim ödənişin geri qaytarılması taktikamız sadədir-xidmətdən istifadə edirsənsə ödəniş edirsən,əks halda biz ödənişi geri qaytarırıq.

Ödənişlərin tam şəkildə geri qaytarılmasına dair nümunələr.

Əgər siz təsadüfən ödəniş etmisinizsə, sadəcə bizə bildirin, biz tez bir zamanda hər şeyi geri qaytaracağıq.
Əgər siz ödəniş etmisinizsə, lakin hələ xidmətlərimizdən istifadəyə başlamamısınızsa və bir neçə gündən sonra fikrinizi dəyişsəniz problem yoxdu, biz ödənişinizi geri qaytarırıq.

Ödənişlərin qismən geri qaytarılması.
Əgər siz Magistr dərəcəsi üçün “Tam qəbul paketi” almısınız və xidmətlərimizdən istifadəyə başlamısınızsa,lakin bir neçə gündən sonra komandamızdan öyrənirsiniz ki,siz Almaniyada təhsil almağa uyğun deyilsiniz və abunəliyinizi ləğv etmək istəyirsiniz.Xidmətlərimizdən 2 gün istifadə etmisinizsə “Məsləhət paketi”nə uyğun olan hissənin ödənişini qaytarırıq.Bu o deməkdir ki, istifadə etmədiyiniz hissəni geri alacaqsınız-836 $.Əgər bu 2-30 gün arasında olubsa ya da biz müəssisələrin siyahısını tutmuşuqsa “Yardım paketi”ndən istifadə etmiş olursunuz və biz buna uyğun ödənişi geri qaytarırıq,yəni siz 646 $ alırsınız.

Ləğv olunma və xitam verilmə.
Müştərilər istənilən vaxt heç bir səbəb olmadan abunələrini ləğv edə bilərlər.

6. Ümumi şərtlər.

6.1. Sizin xidmətdən istifadəniz yalnız sizin riskinizdir.Xidmət “olan kimi” və “mümkün qədər” formatında təchiz edilir.

6.2. Texniki dəstək yalnız email vasitəsilə təchiz edilir ( İstisna “yardım” və “tam qəbul paketi”ni alan müştərilərə aid edilir).

6.3. Aydındır ki,şirkət xidmətin idarə olunmasında tələb olunan lazımi hardware,software,şəbəkə,saxlanılma və digər əlaqədar texnologiyaları təmin etmək üçün üçüncü tərəf satıcılar və tərəfdaşlardan istifadə edir.

6.4. Xidməti dəyişdirmək, nəyəsə uyğunlaşdırmaq və dağıtmaq olmaz.

6.5. Bu xidmət və ya şirkətlə əlaqədar olduğu fikrini yaratmaq üçün başqa internet saytını dəyişdirmək olmaz.

6.6. Siz servisin hər hansı bir hissəsini yenidən düzəltmək,surətini çıxartmaq,köçürmək,yenidən satmaq və ya sui-istifadə etməyəcəyiniz,şirkətin yazılı icazəsi olmadan xidmətdən istifadə və servisə girməyəcəyinizə dair söz verirsiniz.

6.7. Biz qanunsuz hesab etdiyimiz və ya hər hansı tərəfin əqli mülkiyyətini və bu xidmət şərtlərini pozan məzmun və hesabları ləğv edə bilərik, lakin məcbur deyilik.

6.8. Şifahi,fiziki,yazılı və ya başqa təhqirə görə (intiqam və təhqir hədələri daxil olmaqla) istənilən xidmət istifadəçisinin,şirkət işçisinin hesabı dərhal dayandırılacaq.

6.9. Siz razılaşırsınız ki,sizin materiallar daxil olmaqla xidmətin texniki dəyişdirilməsi və ötürülməsi kodlaşdırılmamış şəkildə köçürülə bilər və bu müxtəlif şəbəkələr üzərindən ötürmələri əhatə edir,şəbəkə və cihazların birləşdirilməsinin texniki tələblərinə uyğunlaşdırılmaq üçün dəyişdirilir.

6.10. Şirkət xidmətin sizin xüsusi tələblərinizə cavab verəcəyinə,fasiləsiz,vaxtında,təhlükəsiz və səhvsiz olacağına,xidmətin istifadəsindən əldə olunan nəticələrin dəqiq və etibarlı olacağına,istənilən məhsulun,xidmətin, məlumat və tərəfinizdən əldə edilən digər şeylərin keyfiyyətinin gözləntilərinizi doğruldacağına və istənilən səhvin düzəldiləcəyinə zəmanət vermir.

6.11. Siz açıq şəkildə qəbul edirsiniz ki,şirkət xidmətdən istifadə və ya istifadə edə bilməmə;əldə edilmiş istənilən mal ,fakt,məlumat və ya qəbul olunmuş mesajlardan və ya xidmət daxilində ötürmələrdən doğan əvəzləyici malların və xidmətlərin satınalma qiyməti;sizin məlumatlarınıza və ötürmələrinizə icazəsiz giriş və ya onların dəyişdirilməsi;hər hansı üçüncü tərərfin servisdə olan fikirləri və davranışı;və ya xidmətlə əlaqəli istənilən məsələdən doğan hər hansı birbaşa,dolayı,təsadüfi,xüsusi,ardıcıl,nümunəvi ziyana (gəlir itkisi,reputasiya,istifadə,məlumat və digər qeyri-maddi itkilər daxil olmaqla) görə məsuliyyət daşımır ( şirkət belə zərər imkanlarının olacağına dair tövsiyə olunmuş olsa belə).

6.12. Şirkətin xidmət şərtlərinin istənilən hüquq və ya təminatını həyata keçirməkdə uğursuzluğu belə hüquq və ya təchizatdan imtinaya gətirib çıxarmamalıdır.Xidmət şərtləri sizlə şirkət arasında olan bütün razılaşmanı tərtib edir və sizin xidmətdən istifadənizi idarə edir,sizlə şirkət arasında olan istənilən əvvəlki razılaşmaları (xidmət şərtlərinin əvvəlki versiyaları daxil olmaqla)əvəz edir.
Xidmət şərtləri barədə suallarınızı Pigas.org ünvanına göndərə bilərsiniz.